Məşhur hücumçu karyerasını bərpa etdi, həvəskar komanda ilə müqavilə imzaladı

Ötən illərin məşhur futbolçularından olan Cibril Sisse karyerasını bərpa edib.  

Newsport.az-ın məlumatına görə, o, 37 yaşında yenidən top qovmaq qərarına gəlib.  

Hücumçu İtaliyadan aldığı təklifi qəbul edib.  Ancaq onun müqavilə imzaladığı "Viçentsa 1902" İtaliya Futbol Federasiyasından müvafiq lisenziya ala bilmədiyi üçün peşəkar klub statusunu itirib.  Bu komanda yalnız həvəskar səviyyəli liqada - D seriyasında çıxış edəcək.  

Cibril 2017/2018 mövsümündə də futbolçu həyatını bərpa etmişdi. O, "İverdon"la müqavilə imzalamaqla İsveçrə çempionatının III divizionunda oynamağa razılıq vermişdi.  Təcrübəli futbolçu, ümumiyyətlə, sonuncu dəfə yüksək liqada 2014/15 mövsümündə top qovub.  

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü karyerası ərzində "Liverpul", "Marsel" və "Latsio" kimi məşqhur komandalarda forma geyinib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right