"Barselona"nın yetirməsi "Qarabağ"dan imtina etdi

Belçikanın "Gent" klubunun hücumçusu Mamadu Silla Diallo Azərbayacana gəlməkdən imtina edib.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı forvard özü bu barədə məlumat verib. 24 yaşlı hücumçu onun xidmətində "Qarabağ"ın maraqlı olduğunu açıqlayıb. Lakin Diallo "Qarabağ"la yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı və Avropanın ortabab klublarını rədd etdiyini deyib. Mamadu Belçikanın digər təmsilçisi "Zulte Vareqem"ə transfer olub.

Qeyd edək ki, hücumçu "Barselona"nın yetirməsidir. O, peşəkar karyerasına "Espanyol"da başlayıb. Silla "Rasinq" və "Eypen" klublarında da çıxışb edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right