Şeydayev baş məşqçinin fikirlərini təkzib etdi: "Özümü oynamağa hazır sayıram"

"Hər şey əladır. Bir həftədir ki, burdayam və məşqlərə çıxıram. Özümü oynamağa hazır sayıram. Məşqçi məsləhət bilsə, növbəti oyunlar üçün hazıram" 

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü və "Krılya Sovetov"un yeni transferi Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda "Lokomotiv"lə debüt oyunundan sonra deyib.

22 yaşlı forvard "Krılya Sovetov"dan öncə adının hallandığı Avstriyanın "Mattersburq" klubuna getmək istəmədiyini deyib: "Orada oynayacağımla bağlı müsahibə verməmişəm. Mən ora getmək istəmədim. Digər məlumatlar isə sadəcə, şayiədi. Aramızda razılıq olmayıb".

Rusiyada PFL-in saytında Şeydayev rus, klub saytında isə azərbaycanlı kimi göstərilir. Şeydayev bu məsələdən xəbərdar olmadığını deyib: "Mən bilmirəm. Klub rəhbərliyindən soruşun. Mən oyunçuyam. Belə şeylərə baş qoşacam?"

Şeydayev növbəti oyunlarda yaxşı oynayacaqlarını deyib: "Bəli, debütüm yaxşı hal oldu. Amma təəssüf ki, uduzduq. Yaxşı mübarizə apardıq, amma bunu hesabda əks etdirmək lazım idi. İnşallah, növbəti oyunlarda yaxşı olar".

Qeyd edək ki, komandanın baş məşqçisi Andrey Tixanov Şeydayev formada olmadığını oyundan sonrakı açıqlamasında deyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right