“Milan” futbolçusuna 40 milyon qiymət qoydu

“Milan” “Roma” və “Napoli”nin maraq dairəsində olan Susonun təzminat qiymətini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, “rossonyerlər” ispan futbolçunu 40 milyon avroya satmağa hazır olduqlarını bildirib. 24 yaşlı oyunçu özü də Milan şəhərinin eyniadlı təmsilçisini tərk etməkdə maraqlıdır.

Qeyd edək ki, “Roma” Susoya görə “Milan”a müəyyən miqdarda pul və yarımmüdafiəçi Dieqo Perottini təklif edib. Ancaq klub rəhbərliyi hələlik qarşı tərəfə cavab verməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right