“Yuventus” futbolçusunu Premyer Liqaya göndərir

“Yuventus”un futbolçusu Stefano Sturaro karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi “Uotford” 25 yaşlı yarımmüdafiəçini icarəyə götürmək üçün Turin klubu ilə razılaşıb.

Bu barədə İtaliya mətbuatı xəbər yayıb. Xəbərdə “Uotford”un mövsümün sonunda 18 milyon avroya Sturaronun transfer hüququnu ala biləcəyi qeyd olunub. İtalyan 2015-ci ildə 9 milyon avro qarşılığında “Cenoa”dan transfer edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right