"Vest Hem" "Arsenal"ın hücumçusunu aldı

"Arsenal" hücumçusu Lukas Pereslə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, 29 futbolçu karyerasını Premyer Liqanın digər təmsilçisi "Vest Hem"də davam etdirəcək. Peres "çəkicdöyənlər"lə 3 illik müqavilə imzalayıb. Topçular bu transferdən 5 milyon funt-sterlinq qazanıb.

Qeyd edək ki, ispaniyalı oyunçu 2016-cı ildə "Deportivo"dan "Arsenal"a 17,1 milyon funt-sterlinqə keçmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right