"Trabzonspor" "Qəbələ"nin sabiq futbolçusunu Şeydayevə rəqib edir

"Qəbələ"nin sabiq futbolçusu Leonardo da Silva karyerasını Türkiyədə davam etdirə bilər. 

Newsport.az-ın məlumatına görə, "Trabzonspor" klubu braziliyalı hücumçu danışıqlar aparır. 

Məlumata görə, Qara dəniz təmsilçisi 26 yaşlı futbolçu ilə ilkin razılıq əldə edir.  Hazırda azad agent statusu daşıyan futbolçu ilə yaxın günlərdə sözləşmə imzalanacaq. 

Leonardonun son iş yeri 19 qarşılaşmada 10 qola imza atdığı Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası olub. "Sambaçı" 2013-2014 mövsümündə çıxış etdiyi "Qəbələ"də 31 oyuna 7 qol vurub. O, karyerasında ən yaxşı oyununu 2016-2017 mövsümündə Serbiya "Partizan"ında sərgiləyib. Da Silva 34 matçda 24 dəfə fərqlənib.

Qeyd edək ki, "Trabzonspor"un hücum xəttində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də yer alıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right