Fərid Nəbiyev "Viktoriya"nı təkbaşına yendi: 2 qol, 1 məhsuldar ötürmə

Çexiya Gənclər Liqasında yeni mövsümə start verilib. 

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası ilk turda “Viktoriya” ilə qarşılaşıb. Görüş “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qarşılaşma millimizin üzvü üçün həm uğurlu, həm də məhsuldar alınıb. Belə ki, Fərid “Slaviya”nın qələbə qazanmasında xüsusi pay sahibi olub. O, vurduğu 2 qolla komandasına qələbə qazandırıb. Fərid həmçinin komandasının sonuncu qolunun ötürməsini verib.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi mövsümə hazırlıq ərəfəsində də özünü ən yaxşı tərəfdən göstərib. O, komandasının keçirdiyi hər iki yoxlama oyununda qol vurmağı bacarıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right