Ramil “Trabzonspor”da şou yaratdı 5 qol vurdu

Millimizin hücumçusu Ramil Şeydayev klubu “Trabzonspor”la birgə Sloveniyada hazırlıqları davam etdirir.

Newsport.az-ın məlumatına görə, R.Şeydayev də daxil olmaqla Moskva “Spartak”ıyla son yoxlama matçının (1:4) əsas heyətində yer almayan futbolçular dünən komandanın ikitərəfli oyununda iştirak ediblər.

61saat.com saytı “Ramil “Trabzonspor”da şou yaratdı” başlıqlı xəbərdə yazır ki, bu qarşılaşmada Şeydayevin uğurlu  oyunu diqqət çəkib. Millimizin futbolçusu görüşdə 5 qol vurub.

“Gənc futbolçu bu oyunda özünü ən yaxşı tərəfdən göstərməyə çalışdı. Ramil 5 qol vuraraq baş məşqçi Hikmət Karamanın alqışını qazandı və gələcək üçün ümid verdi” – deyə saytın yazısında qeyd edilib.

Xatırladaq ki, “Trabzonspor”un R.Şeydayevi icarəyə göndərəcəyi barədə xəbərlər yayılıb. Lakin hələlik baş məşqçi bununla bağlı yekun qərarı açıqlamayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right