Roberto Martines: "Turniri yaxşı şəkildə bitirməyə çalışacağıq"

"Oyunu kiçik detallar həll edəcəkdi. Kiçik şansdan istifadə edən komanda üçün işlər yaxşı gedəcəkdi. Futbolda bir komanda qalib gəlir, digər uduzur. Önəmli olan futbolcuların son saniyəyə qədər mübarizə aparmaları idi". 

Newsport.az-ın məlumatına görə, bu sözləri dünya çempionatının yarımfinalında Fransaya udzaraq, finala yüksələ bilməyən Belçika komandasının baş məşqçisi Roberto Martines deyib. İspan mütəxəssis turniri yaxşı şəkildə başa vurmağa çalışacaqlarını deyib:

"Bir künc zərbəsi belə üstünlük yaradır. Çox üzgünük. Futbolçularım yaxşı uğurla mundialı tərk etməyi haqq edir. Çox üzülürük, çünki finala çıxa bilmədik. Əslində, oyuna yaxşı köklənmişdik. Nəticə əldə olmayanda üzülürsən. Turniri yaxşı şəkildə bitirməyə çalışacağıq".

Belçika 3-cü yer uğrunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right