Hart “Mançester Siti”dən getmək istəyir

Co Hart tezliklə “Mançester Siti”ni tərk etmək istəyir.

Newsport.az saytının məlumatına görə, artıq sabah təcrübəli qolkiper klubdan birdəfəlik ayrıla bilər. 

Son 2 mövsümü Hart icarə əsasında “Torino” və “Vest Hem”də keçirib. İngilis qolkiperin “Mançester Siti” ilə hələ 1 illik müqaviləsi var. Lakin o, daha icarə əsasında oynamaq deyil, başqa klubla müqavilə imzalamaq istəyir. 


Xatırladaq ki, Hart “Mançester Siti”yə 2006-cı ildə “Şrusbern Taun”dan transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right