"Tənqidlər mənə təsir etmir" Cordan Pikford

"Biz hər oyuna köklənirik. Əgər komanda birləşirsə, qalib gəlməyi bacarır. Buna görə biz bu gün qələbə qazandıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri İngiltərə millisinin qapıçısı Cordan Pikford DÇ-2018-in 1/4 finalında İsveçə 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri  oyunu şərh edərkən deyib.

Görüşün ən yaxşı oyunçusu seçilən 24 yaşlı qolkiper daha sonra bildirib: "Ən yaxşını etməyə çalışıram. Ötən mövsüm mənim üçün yaxşı keçdi. Təzyiqlərə fikir verməməyə çalışıram. Mən sadəcə andan həzz alıram və özümü güclü hiss edirəm".

C.Pikford bildirib ki, Belçika ilə görüşdə onu edilən tənqidlərə baxmayaraq, maksimumunu göstərməyə çalışır: "Tənqidlər mənə təsir etmir. Daha yaxşı oynamağa çalışıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right