"Kəpəz"dən ayrılan futbolçu Latviya klubunda

Mövsüm başa çatdıqdan sonra “Kəpəz”dən ayrılan gürcüstanlı futbolçu Quili Manjqaladzenin yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi karyerasını Latviyada davam etdirəcək. 

25 yaşlı futbolçu Latviyanın yüksək liqasında mübarizə aparan “Ventspils” komandası ilə müqavilə imzalayıb.  O, gələn ilin yayına qədər Ventspils şəhərinin eyniadlı komandasının uğurları üçün çalışacaq.

Quili Yunis Hüseynovun gəlişindən sonra ölkəsinin “Smatredia” klubundan “Kəpəz”ə cəlb olunub.  Gəncə təmsilçisi birinci dəstəyə yuvarlandığı üçün futbolçuya azad agent statusu verib.  “Sarı-göylər” futbolçunun iki aylıq maaşını (may, iyun) ödəməyib. 

 

Qeyd edək ki, Manjqaladze “Kəpəz”in heyətində 12 oyun keçirib.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right