Yoahim Lövün Almaniya millisindəki gələcəyinə aydınlıq gəldi

Almaniya millisinin baş məşqçisi Yoahim Löv postunda qalacaq.

Newsport.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis Rusiyada keçirilən dünya çempionatında uğursuzluqla üzləşməsinə baxmayaraq, Almaniya Futbol İttifaqının rəhbərliyinin güvənini qazana bilib. Löv may ayında yığma ilə müqavilə müddətini 2022-ci ilə qədər uzatmışdı. Cənubi Koreyaya məğlubiyyətdən (0:2) dərhal sonra İttifaqın başçısı Raynhard Qrindel baş məşqçini dəstəkləmişdi: “Lövün əsas hədəfi Avro-2020-nin qalibi olmaqdı”.

Mütəxəssis işini davam etdirib-etdirməyəcəyi ilə bağlı verilən suallara belə cavab verib: "Almaniya Futbol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Düzdü, dünya çempionatındakı uğursuzluqdan sonra hələ də özümə gələ bilmmişəm.  Ancaq yenidən başlamalıyıq. Yeni uğurlar bizi gözləyir". 

Qeyd edək ki, Almaniya DÇ-2018-də qrupunu sonuncu sırada tamamlayaraq, pley-offa vəsiqə qazana bilməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right