"Bursaspor"un baş məşqçisi millimizin üzvünü bəyəndi

U-21 millimizin üzvü Ozancan Kökcü "Bursaspor"la yeni mövsümün hazırlıqlarını davam etdirir.

Newsport.az-ın xəbərinə görə, Hollandiyanın "Valveyk" klubundan icarədən dönən yarımmüdafiəçi məşqlərdə yeni çalışdırıcı Samet Aybabanın diqqətini çəkib. Məşhur türkiyəli mütəxəssi Kökcünün xidmətində maraqlı olduğu və mövsüm ərzində ona şans verəcək.

19 yaşlı futbolçu ilə yanaşı, Çağatay Yılmaz, Əmirhan Aydoğan və Furkan Əmrə Ünvərin də performansı Samet Aybabanı qane edib. 63 yaşlı baş məşqçi yeni mövsümdə bu futbolçulardan çox şey gözlədiyini qeyd edib.

Qeyd edək ki, Ozancan Kökcü ötən il "Feyenoord"dan "Bursaspor"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right