Ramil Şeydayev “Trabzonspor”un düşərgəsində məşqlərə başladı

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev müqavilə ilə məxsus olduğu Türkiyənin “Trabzonspor” klubunun düşərgəsində məşqlərə başlayıb. 

Newsport.az-ın məlumatına görə, Trabzon təmsilçisi bu gün “Mehmet Ali Yılmaz” adına məşq mərkəzində yeni mövsümün hazırlıqlarına başlayıb.  Mövsümün ilk məşqində 20 futbolçu iştirak edib.  Ötən mövsümü icarə əsasında “Qarabağ”ın heyətində keçirən Şeydayev məşqdə iştirak edib. 

Gənc hücumçunun Avstriyanın “Mattersburq” klubuna keçəcəyi gözlənilsə də, bu məsələ hələlik açıq qalıb.  Futbolçunun gələn mövsüm hansı komandada iştirak edəcəyi yaxın günlərdə bəlli olacaq. 

Qeyd edək ki, Şeydayevin “Mattersburq”a keçəcəyi ilə bağlı məlumatı klubun prezidenti Martin Püxer açıqlayıb. Lakin hücumçu Avstriya klubuna transfer olunacağı ilə bağlı xəbəri təsdiq etməyib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right