"İnsanlar bu cür zərbələr vurmağıma öyrəşiblər" Kuarejma

"İnsanlar bu cür zərbələr vurmağıma öyrəşiblər. Yaxşı zərbə vurdum. Vacib olan növbəti mərhələyə çıxmaq idi. Bunu bacardıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin futbolçusu Rikardo Kuarejma DÇ-2018-in qrup mərhələsinin üçüncü turunda İranla bərabərə qaldıqları oyundan (1:1) sonra deyib.

Komandasının yeganə qolunun müəllifi olan 34 yaşlı oyunçu növbəti mərhələyə yüksəlməklə hədəflərinə çatdıqlarını bildirib: "İndi növbəti matça hazırlaşmaq üçün bir neçə gün vaxtımız var. Uruqvayla oyununun çətin olacağını bilirik. Çox güclü oyunçulara sahibdirlər.  Yaxşı istirahət etməli və növbəti matça hazırlaşmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right