"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" daha aqressiv idi"

Ötən gün "Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində "Ludoqorets" komandası ilə yoxlama oyununda qüvvəsini sınayıb.
 

Newsport.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra bolqarların baş məşqçisi Paulo Autuori matçla bağlı fikirlərini bildirib.
 
Oyunu şərh edən mütəxəssis bu görüşdə "Qarabağ"ın daha aqressiv çıxış etdiyi dilə gətirib:

 

"Çox yaxşı rəqiblə qarşılaşdıq. Matç ərzində bütün oyunçulara şans verməyə çalışdım. Nəticə önəmi deyil. İki fərqli komanda oynayırdı. "Qarabağ" daha aqressiv idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right