Prezident milli komandanı təriflədi FOTO

Meksika millisinin dünya çempionatında uğurlu çıxışı ölkə prezidenti Enrike Penya Netonu heyran edib.

Newsport.az xəbər verir ki, Cənubi Koreya komandası üzərində qələbədən ilhamlanan ölkə başçısı "Twitter"də Meksika millisinə tərif yağdırıb.

"Afərin Meksika yıması! Biz bu dünya çempionatında tarix yazacağıq. Qələbəyə görə sağ olun!", deyə o, "Twitter"də emosiyalarını bölüşüb.

Ötən gün Rostovdakı eyniadlı arenada Cənubi Koreya və Meksika yığmaları üz-üzə gəlib. Görüş amerikalıların qələbəsi ilə yekunlaşıb - 2:1. Bu qələbə sayəsində xallarını 6-ya çatdıran Meksika 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right