Maradonadan sonra ilk dəfə - Lukakudan rekord

Rusiyada keçirilən dünya çempionatında qrup mərhələsinin ikinci turu çərçivəsində Belçika yığması Tunis üzərində 5:2 hesablı möhtəşəm qələbəyə sevindi.

Newsport.az xəbər verir ki, bu oyunda dubla imza atan belçikalıların forvardı Romelu Lukaku futbol tarixinin ən önəmli futbolçularını haqlamağa nail oldu.

İlk turda Panama üzərindəki 3:0 hesablı qələbədə də 2 qolla pay sahibi olan Lukaku, ilk növbədə DÇ-2018-in bombardiri olan Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldoya çatdı - 4 qol.

Bundan başqa, 1986-cı ildə Meksikada təşkil olunan və Argentina yığmasının qələbə qazandığı mundialdan sonra ilk dəfə bir futbolçu DÇ-nin ilk iki oyununda ardıcıl dubl müəllifi oldu. Həmin DÇ-də Argentina yığmasının əfsanəvi futbolçusu Dieqo Maradona da ilk iki oyunda dubla imza atmışdı.

Bütövlükdə isə, mundial tarixində ardıcıl iki oyunda dubl müəllifi olan futbolçuların siyahısında Qarrinça, Pele, Qari Lineker, Mario Kempes, Gerd Müller və Eysebio da var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right