Xama Biliat qərarını verdi

Azərbaycan çempionu “Qarabağ”ın maraq dairəsində olan “Mamelodi Sandanuz” klubunun futbolçusu Xama Biliat gələcək karyerası ilə bağlı yekun qərarı verib.

Newsport.az-ın məlumatına görə, “Qarabağ”, “Styaua” və  “Yurqarden” və “Zamalek” klublarının maraq dairəsində olan 28 yaşlı hücumçu Cənubi Afiraka Respublikasında qalmağı üstün tutub.

O, “Kayzer Çifs” komandası ilə münasibətlərini rəsmiləşdirəcək. Xama yeni klubu ilə 3+1 illik sözləşmə  imzalayacaq.

Qeyd edək ki, Zimbabve millisinin əsas hücumçularından sayılan Xama Billiatın 5 ildi formasını geyindiyi “Mamelodi Sandaunz”la müqavilə müddəti bu ayın sonunda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right