“Tapşırığın öhdəsindən gəldik” - Çerçesov

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov DÇ-2018-dəki ikinci oyunda Misir üzərində qazandıqları qələbədən (3:1) danışıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qarşıya qoyulan tapşırığın öhdəsindən gəldiklərini bildirib:

“Təbii ki, təəssüratlarım əladır. Tapşırığın öhdəsindən gəldik. Komandaya paltardəyişmə otağında nə dediyimi açıqlamaq istəməzdim. 

Oyundan öncə məqsədimiz qələbə qazanmaq idi. Komandaya da tapşırıq buna uyğun verilmişdi. Artıq Moskvaya yollanırıq. Bundan sonra Uruqvayla oyuna hazırlaşacağıq”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right