Kapello: "Ronaldonun het-trik etməsi Messini təzyiq altına saldı"

İtaliyalı mütəxəssis Fabio Kapello açıqlama verib.

Newsport.az-ın məlumatına görə, hazırda eksperlik edən italiyalı sabiq baş məşqçi dünya çempionatının qrup mərhələsinin ilk turunda İslandiya ilə oyunda qol vura bilməyən Lionel Messi haqda danışıb. 72 yaşlı mütəxəssisin sözlərinə görə, Kriştiano Ronaldonun İspaniyaya qarşı het-trik etməsi Messini təzyiq altına salıb:

"Ronaldonun İspaniyaya 3 qol vurması Messini təzyiq altına saldı. Messi Ronaldodan daha yaxşı futbolçudur, amma Argentina millisi onun aşağı endirir. Yarımmüdafiə xətti çox ləngdi, ağıllı qərar verə bilmirlər. Hər zaman topu Messiyə ötürürlər. Ronaldo isə çox istəklidir. Ötən mundialda az qol vurduğu üçün bu dəfə daha yaxşısını edəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right