“Bu, karyeramdakı ən yaxşı qoldur” - Almaniya ilə oyunun qəhrəmanı

“Qələbə qolunun müəllifi olduğum üçün çox şadam. Almaniyaya qarşı çox yaxşı çıxış etdik. Sürətli oynadıq. Görüşə çox yaxşı hazırlaşmışdıq və bu gün də zəhmətimizin nəticəsini gördük”. 

Newsport.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu sözləri Meksika millisinin üzvü, vurduğu yeganə qolla Almaniya üzərində komandasına qələbə qazandıran İrvinq Losano deyib. 

22 yaşlı yarımmüdafiəçi qeyd edib ki, bu, karyerasındakı ən yaxşı qoldur:

“Çox vacib qələbə qazandıq. Dünya çempionlarına qarşı oynayırdıq. Bu, karyeramdakı ən yaxşı qoldur. Hər bir futbolçu dünya çempionatında oynamağı arzulayır. Belə start isə möhtəşəmdir”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right