“Barsa”nın yeni hədəfi Salah və Eriksen!

“Atletiko”da qalmağa qərar verən Antuan Qrizmanndan əli üzülən “Barselona” diqqətini iki ulduz futbolçuya yönəldib.

Newsport.az-ın məlumatına görə, planları dəyişən Kataloniya klubu daha böyük həmləyə hazırlaşır. İspaniyanın “Sport” nəşrinin yazdığına görə, “Barsa” ilk olaraq, “Tottenhem”in yarımmüdafiəçisi Kristian Erikseni hədəfə alıb. Baş məşqçi Ernesto Valverde danimarkalı futbolçunu transfer etməklə Andres İnyestanın yerini doldurmaq niyyətindədi.

Kataloniya klubunun digər transfer hədəfi isə Məhəmməd Salahdı. “Sport” bunu yuxu kimi qələmə versə də, misirli futbolçunun "nəbzinin yoxlanılacağını" yazıb.

Salah variantı alınsa, Koutinyo orta sahəyə keçəcək və hücumda Messi - Luis Suarez - Salah üçlüyü formalaşacaq.

2017/18 mövsümündə “Liverpul”un heyətində 52 oyuna çıxan Salah 44 qol və 16 məhsuldar ötürmə müəllifi olub.

Eriksen isə son mövsümdə “Tottenhem”də keçirdiyi 47 matçda 14 qol və 13 məhsuldar ötürməylə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right