Avrokuboklarda ilk mərhələnin püşkü atılır

Bu gün Çempionlar Liqası və Avropa Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılacaq.

Newsport.az-ın məlumatına görə, püşk mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək. ÇL-in ilkin mərhələsində UEFA-nın klub reytinqinə görə ən zəif 4 komanda iştirak edəcək. Bunlar “Santa-Koloma” (Andorra), “Linkoln” (Cəbəllütariq), La-Fyorita (San-Marino) və “Drita”dır (Kosovo). Onlar növbəti mərhələyə yüksəlmək üçün 1 vəsiqə uğrunda mübarizə aparacaqlar. Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək.

ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq. Azərbaycan klublarının da rəqibi də məhz bu püşkatma günündə bəlli olacaq.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində “böyük beşlik” klubları iştirak etməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right