Abidal "Barselona"nın texniki direktoru oldu

“Barselona” klubun texniki direktoru Robert Fernandeslə yollarını ayırıb.

Newsport.az saytının məlumatına görə, bu vəzifəni komandanın sabiq futbolçusu Erik Abidall icra edəcək. Abidal iyulun 18-də ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, 38 yaşlı fransalı veteran müdafiəçi 2007-2013-cü illərdə Kataloniya klubunda çıxış edib. O, 2014-cü ildə futbolçu karyerasını bitirib. Abidal ötən ilin iyun ayından "Barsa"nın səfiridir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right