Latviya millisinin üzvü: “Azərbaycanla oyun daha ciddi olacaq”

Latviya yığmasının yarımmüdafiəçisi Yanis İkaunyek Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, millimizlə matçda iştirak etmək istədiyini vurğulayıb:

“Litva və Estoniya ilə oyunlarla müqayisədə Azərbaycanla matç daha ciddi olacaq. Azərbaycan yığması yüksək keyfiyyətli heyətə malikdi. Onlar fəal və hərəkətli kollektivdi. Əvvəlki iki oyunda 90 dəqiqə meydanda olmuşam. Ümid edirəm ki, baş məşqçi Azərbaycan ilə oyunda da mənə oynamaq şansı verəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right