Olimpiya Stadionu yenidən inşa olunacaq, üstü bağlanacaq

Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Olimpiya Stadionu yenidən inşa olunacaq.

Newsport.az saytının məlumatına görə, bu barədə Türkiyənin 2024-cü il Avropa çempionatı üçün sifariş kitabında bildirilir.

Qeyd olunur ki, arenanın üstü bağlanılacaq və azarkeş tutumu 92.208 nəfərədək yüksəldiləcək. 2020-ci ildə Çempionlar Liqasının final oyununun keçiriləcəyi stadionun hazırkı vəziyyətində qapı arxası küləyə məruz qalır.

Yeni layihə ilə bu problem minumuma endiriləcək və küləyin oyuna təsiri azaldılacaq. Stadionda həmçinin 191 loja planlaşdırılır. Olimpiya Stadionunda konsertlər, iclaslar, konfranslar və digər tədbirlər keçirmək mümkün olacaq.

Yeni arenanın açılışı isə 2023-cü ilə nəzərdə tutulub. Çempionlar Liqasının final oyununa görə tikintinin əvvəlcədən başlanıb-başlanmayacağı bəlli deyil.

"Atatürk" Olimpiya Stadionu 2002-ci ildə istifadəyə verilib. Arena 76.761 azarkeş tutumuna malikdi. 2005-ci ildə Çempionlar Liqasının finalı məhz bu arenada keçirilib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right