Ronaldinyo eyni gündə iki qadınla evlənəcək

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo maraqlı qərar verib.

Newsport.az-ın məlumatına görə, Braziliya mətbuatında gəzən məlumatlara görə, sabiq futbolçu iki qadınla birdən evlənəcək. Ronaldinyo Priskilya Koelyo və Beatris Souza ilə birgə yaşayır. Ulduz futbolçu hər iki xanımla eyni gündə nikaha daxil olacaq və həyata belə davam edəcək. O, hər iki qadına ailə qurmaq təklifini eyni gündə edib və müsbət təklif alıb.

Braziliyalı ulduzun bacısı Deisi onun bu hərəkətinə qarşı çıxıb və avqust ayında keçiriləcək toy mərasiminə qatılmayacaq.Toy mərasiminə isə dünya ulduzlarının axışacağı qeyd edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right