Kosta Rika millisinin dünya çempionatı üçün heyəti açıqlandı SİYAHI

Kosta Rika milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb. 
 
Newsport.az-ın məlumatına görə, baş məşqçi Oskar Ramires 23 nəfərlik siyahıya 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edib. 
 
Qapıçılar: Keylor Navas ("Real Madrid", İspaniya), Parik Pemberton ("Alaxuelense"), Leonel Moreyro ("Erediano")
Müdafiəçilər: Kristian Qamboa ("Seltik", Şotlandiya), Yan Smit ("Norçöpinq", İsveç), Ronald Matarrita ("Nyu-York Siti"), Brayan Ovyedo ("Sanderlend", İngiltərə), Oskar Duarte ("Espanyol", İspaniya), Cankarlo Qonsales ("Bolonya", İtaliya), Fransisko Kalvo ("Minnesota Yunayted", ABŞ), Kendall Uoston ("Vankuver Uaytkeps", Kanada), Conni Akosta ("Agilas", Kolumbiya)
Yarımmüdafiəçilər: David Qusman ("Portlend Timberz", ABŞ), Yeltsin Texeda ("Lozanna", İsveçrə), Selso Borxes ("Deportivo", İspaniya), Rendall Asofeyfa ("Erediano"), Rodni Uolles ("Nyu-York Siti", ABŞ), Kristian Bolanyos ("Saprissa"), Xoan Vaneqas ("Saprissa")
Hücumçular: Brayan Ruis ("Sportinq"), Daniel Kolindres ("Saprissa"), Xoel Kempbell ("Betis", İspaniya), Markos Urenya ("Los-Anceles", ABŞ)
 
Qeyd edək ki, Kosta-Rika millisi DÇ-2018-də Braziliya, İsveçrə və Serbiya ilə birgə E qrupunda yer alıb. Bu komanda ilk oyununu iyunun 17-də Samarada Serbiyaya qarşı keçirəcək. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right