Nazarovun komandası 3-cü Bundesliqaya yuvarlana bilər

Almaniya 2-ci Bundesliqasında mövsümə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Darmştadt” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Nazarov start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

“Aue” mövsümü 40 xalla 18 klub arasında 16-cı pillədə baş vurub. Bu isə o deməkdi ki, Nazarovun komandası 2-ci Bundesliqada qalmaq üçün 3-cü Bundesliqada 3-cü pilləni tutmuş “Karlsrue” ilə pley-off oyunları keçirməlidi. Bu oyunlarda məğlub olacağı halda, Aue klubu aşağı liqaya düşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right