"Məni istəsələr, yüz faiz “Barselolna”nı seçərəm"

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq Yaya Ture karyerasını “Barselona”da davam etdirmək istəyir.

Newsport.az-ın məlumatına görə, bu barədə fil dişi sahilili futbolçu xarici mətbuata açıqlamasında məlumat verib.

O, vaxtilə şərəfini qoruduğu komandada çıxış etmək isədiyini deyib: “Barselona”ya geri dönmək istəyirəm. Məni istəsələr, yüz faiz “Barsa”nı seçərəm.

Lionel Messi, Andres İnyesta ilə oynamaq üçün darıxmışam. “Barselona” karyeramın ən önəmli komandası idi. Orda çox şey öyrəndim və təcrübə qazandım”.

34 yaşlı futbolçuya İnyestanın yayda “Barsa”dan ayrılacağı xatırladıldıqdan sonra isə “Ona mesaj göndərməliyəm. Çində və ya başqa bir yerdə qarşılaşa bilərik” cavabını verib.

Yarımmüdafiəçi cari mövsümdə şans qazandığı 17 oyunda 2 məhsuldar ötürməyə imza atıb. Ture 2007-2010-cu illər aralığında “Barsa”da top qovub. O, 2010-cu ildən MS-nin uğurları üçün çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right