SSKA-nın futbolçusu Türkiyə klublarının hədəfində

Müqavilə ilə “Lester”ə məxsus olan, icarə əsasında Moskva MOİK-də çıxış edən Ahmed Musa keryerasını Türkiyə Superliqasında davam etdirə bilər. 

Newsport.az xəbər verir ki, Türkiyənin “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça” klubları 25 yaşlı forvardın xidmətində maraqlıdırlar. 

“Qalatasaray” hələ qışda Musanı heyətinə cəlb etmək istəyirdi. Həmin vaxt İstanbul klubu afrikalı forvard üçün ildə 3,5 milyon avro əmək haqqı təklif etsə də, transfer baş tutmamışdı. 

Qeyd edək ki, Musa mövsümün ikinci yarısında çıxış etdiyi Rusiya çempionatında 9 görüşdə 5 qol vurub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right