"Azarkeşlərimiz "get" demədiyi müddətə kimi "Beşiktaş"dayam" Şenol Günəş

Türkiyə Super Liqasında çempionluq şansını möcüzəyə saxlayan "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşlə yolları ayıracağı ilə bağlı xəbərlər dolaşır.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu şayiələrə münasibət bildirib. 65 yaşlı çalışdırıcı komandanın "sükanı arxası"nda qalacağını deyib: "Beşiktaş"la bir illik müqaviləm var, amma bu, önəmli deyil. Azarkeşlərimiz "get" demədiyi müddətə kimi klubdayam. Xarakterim, yolum bəllidir".

Qeyd edək ki, Şenol Güneş ötən gün Super Liqanın 32-ci turunda "Kayserispor"a qalib gəldikləri görüşdə "Beşiktaş"ın baş məşqçisi kimi komandasını 100-cü oyuna çıxarıb. Günəş 2015-ci ildən "qara qartallar"ı çalışdırır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right