"Neftçi"nin idman direktoru dünya çempionatında

Bakı Futbol Liqasının təşkilatçılığı ilə 2017/18 mövsümünü çempion olaraq başa vuran “İdman Azərbaycan” kollektivi 8 may tarixində Rusiyaya yola düşüb. 

Newsport.az-ın məlumatına görə, həvəskarlar arasında dünya çempionatında iştirak etmək üçün BFL tərəfindən Moskva şəhərinə göndərilən komanda heyəti 1 həftə ərzində həm “Continental Football League”də iştirak edəcək, həm də yaranan imkandan istifadə edərək ölkə xaricində Azərbaycanda futbola olan sevginin və marağın beynəlxalq arenada təbliğini həyata keçirəcək.
BFL idarəedici heyəti və komanda üzvlərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Moskva Domodedovo Hava Limanına çatdıran təyyarə səhər saatlarında havalanıb. Daha sonra Moskvaya ayaq basan təmsilçilər hotelə yerləşdirilib və oyunçuların istirahət etməsi üçün lazımi şərait yaradılıb.  
Continental Football League 2018-in püşkatma mərasimi bu gün baş tutacaq. Mərasimdə BFL idarəedici heyətindən Natiq Əlixanov və Murad Qurbanov, “İdman Azərbaycan” komandasının kapitanı Sərxan İbrahimoğlu iştirak edəcəklər

 

Eyni zamanda bu gün komandanın yoldaşlıq görüşü keçirməsi də nəzərdə tutulub. Turnirdə mübarizənin olduqca güclü olacağını düşünən BFL rəsmiləri komandanın CFL-ə uyğunlaşması üçün bütün imkanlarını səfərbər edirlər. “İdman Azərbaycan” kollektivi də öz növbəsində vətənə uğurlu nəticə ilə dönmək üçün hazırlıqlarını davam etdirir.

rir.
   













 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right