İtaliyada ev oyunlarına ən çox azarkeş gələn futbol klubu

“İnter”in cari mövsümdə A Seriyasında keçirdiyi 18 ev oyununa, ümumilikdə, 1 milyon 26 min 177 nəfər azarkeş gəlib.

Newsport.az-ın məlumatına görə, Milan təmsilçisi cari çempionatda milyon səddini keçən yeganə klubdu.

İkinci yerdə 17 matçda 894 min 502 nəfər tərəfdar topayan “Milan” qərarlaşıb. “Üçlüy”ü 17 qarşılaşmasına 719 min 503 nəfər gələn “Napoli” tamamlayır.

Son çempion və 35 turdan sonra 88 xalla lider olan “Yuventus”un 17 görüşünü isə 658 min 917 nəfər tribunadan izləyib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right