Şenol Günəş: "Ölsəydim o tikiş doğrumu olacaqdı?"

Türkiyə Kubokunun “Fənərbaxça” – “Beşiktaş” matçının cavab görüşü zamanı tribunadan atılan əşya ilə başından ağır zərbə alaraq xəstaxanaya aparılan ev sahiblərinin baş məşqçisi Şenol Günəş yaşananlar haqda danışıb.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis açıqlaması zamanı azarkeşlərin niyə bu cür davrandıqlarını anlamaqda çətinlik çəkdiyini bildirib:

“Oyun əsnasında geridə olan biz idik. Onlar üçün hər şey yaxşı getdiyi halda, azarkeşlər niyə bu cür davransınlar ki, maraqlıdır, görəsən, “Fənərbaxça”nın daxilində problemmi var?”.

Azarkeşlərin “yalandan edir” deməsinə də toxunan  65 yaşlı çalışdırıcı “tikiş niyə atsınlar ki? Ölsəydim o tikiş doğrumu olacaqdı? Bir daha stadionlarda nəyinki daş, kağız belə atılsa, futbolçuların həmin an meydanı tərk etməsi lazımdır” deyib. 

Qeyd edək ki, “Fənərbaxça” – “Beşiktaş” görüşü Şenol Günəşin başından ağır zədə alması səbəiylə təxirə salınıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right