Araz Abdullayev: " İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq"

Kiprin "Anortosis” klubu dünən millimizin üzvü Araz Abdullayevin ad gününü qeyd edib.

Newsport.az-ın məlumatına görə, 26 yaşı tamam olan yarımmüdafiəçinin doğum günü məşqən öncə qeyd edilib. Abdullayev bu səbəbdən təşəkkür edib və fikirlərini bölüşüb: "Bizim çox yaxşı futbolçulardan təşkil olunmuş əla komandamız var. Çempionatın başa çatmasına 4 oyun qalıb. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq".

Qeyd edək ki, Abdullayevin "Anortosis"lə müqaviləsi mövsümün sonunda başa çatır.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right