"Roma"dan Alison açıqlaması

2 mövsüm əvvəl Braziliyanın "İnternasional" klubundan 8 milyon avroya transfer olan qapıçı Alison Beker haqqında çıxan transfer xəbərlərinə "Roma"dan cavab gəldi.

Newsport.az-ın məlumatına görə, "Real", PSJ və "Liverpul"un tranfer siyahısında olduğu iddia edilən Allison üçün "Roma"nın prezidenti Ceyms Palotta braziliyalı əlcək sahibini satmayacaqlarını deyib: "İnsanların nə üçün Bekerin növbəti mövsüm bizimlə olub-olmayacağına danışmasına təəccüblənirəm. Satılmayacaq! Alisonu göndərmək fikrimiz yoxdur. Bəzi təkliflər olacaq, amma biz onu satmaq fikrində deyilik. Çünki o, möhtəşəm qapıçıdır".

Qeyd edək ki, Braziliya millisinin üzvü olan 25 yaşlı qolkiper 2016-cı ildən "canavarlar"da çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right