Ronaldo: "20 yaşımda edə bildiklərimi indi bacarmıram"

"Real"ın ulduzu Kriştiano Ronalo karyerasını başa vurmaq barədə düşünmür. 33 yaşlı portuqaliyalı futbolçu qarşıda daha yaxşı oynayacağı günlərin olduğunu düşünür.

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqası tarixində ən çox qol vuran hücumçu son iki ilinin yığma və klubda möhtəşəm keçdiyini və gələcəkdə də bu səviyyədə davam edəcəyinə söyləyib:

"Peşəkar karyeramda son iki ilim klub və yığmada inanılmaz keçdi. Önümüzdəki illərdə də bu səviyyədə davam edəcəyimə inanıram".

Formada qalmaq üçün məşqlər etidiyni deyən Ronaldo bunları söylədi: "Həyat sizə çətinliklər yarada bilər. Amma mən həmişə üst nöqtədə qalmaq istəyirəm. İşimi 100 faiz ciddiyə alıram.

Bu səviyyədə bəzi fədakarlıqlar etməyini lazım olur. Təbii ki, 20 yaşımda edə bildiklərimi, indi bacarmıram. Mən öz xəyallarım üçün çalışdım və buna davam edəcəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right