“Yuventus” “Atletiko”nun futbolçusuna “elçi” düşdü

Madrid “Atletiko”sunun müdafiəçisi Filipe Luis karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, “Yuventus” braziliyalı futbolçunun xidmətində maraqlıdı.

Luisin meneceri Jorje Mendeşin ötən həftə “Real” ilə cavab görüşü ərəfəsində Madriddə “Yuventus” rəsmiləri ilə görüşdüyü bildirilir.

Cari mövsümdə La Liqada 17 oyunda meydana çıxan Filipe Luis 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Felipe Luis 2015-ci ildən "Atletiko"da çıxış edir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right