FIFA dünya çempionatında format dəyişikliyi edəcək

FIFA 2021-ci ildə həyata keçməsi planlaşdırılan yeni bir turnirin hazırlıqlarını görür.

Newsport.az xəbər verir ki, FIFA klublararası dünya kubokunun yerini tutması gözlənilən yeni yarış 4 ildən bir keçiriləcək və turnirdə 24 komanda iştirak edəcək. Hər il keçirilən FIFA klublararası dünya kubokunun böyük nüfuza sahib olmaması səbəbi ilə yaradılacaq yeni turnir iyun və ya iyul ayında 3 həftəlik bir periodda reallaşacaq.

FIFA bu turnirin daha diqqət özəl yarış olacağını düşünür. 4 ildən bir keçirilməsi planlaşdırılan yarışda 8 qrupun hər birində 3 klub mübarizə aparacaq. Qrup qalibləri 1/4 finala yüksələcək. Klubların dünya çempionatında ümumilikdə 31 oyun baş tutacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right