Salah Premyer Liqada ən yaxşı seçildi

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futboloçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ötən ayın ən yaxşı futbolçusu "Liverpul"un hücumçusu Məhəmməd Salah seçilib.

Misirli forvard azarkeşlər arasında keçirilən səsvermədə 80 faiz səs toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Səsvermədə sonrakı yerləri Dele Alli, Yan Vertongen, Son Hyunq-min və Leroy Sane tutub. Salah mart ayı ərzində meydana çıxdığı 4 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right