Rüfət Dadaşov fərqləndi, komandası qələbə qazandı

Almaniyanın Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilib.

 

Newsport.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) doğma meydanda “Germania Halberştadt” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:2.

 

Start heyətdə meydana çıxan Dadaşov fasilədə əvəzlənib. Lakin bu vaxt ərzində o, iki qol vurmağa nail olub. Belə ki, o, 22-ci dəqiqədə hesabı 1:1 edib. 40-cı dəqiqədə isə komandasının hesabda önə keçirib – 3:2.

 

Rüfət bu görüşdə fərqlənməklə həm də cari mövsümdə vurduğu qolların sayını 25-ə çatdırıb.

 

"Dinamo" hazırda 52 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right