Murad Mahmudov “Bavariya”ya qarşı 19 dəqiqə oynadı

“Ayntraxt”ın U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

Newsport.az saytının məlumatına görə, frankfurtlular 22-ci tur çərçivəsində doğma meydanda “Bavariya” ilə qarşılaşıb.

Matç “Ayntraxt”ın məğlubiyyəti ilə başa çatıb – 0:2. “Ayntraxt”dan intizamsızlığına görə kənarlaşdırılan Renat Dadaşov artıq komandasına kömək etmir.

Frankfurt klubunda çıxış edən digər futbolçumuz Murad Mahmudov isə görüşün 71-ci dəqiqəsində meydana buraxılıb. Keçirdiyi 21 matçdan sonra aktivində 23 xal olan “Ayntraxt” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right