Eratsız “Duysburq” səfərdə “Yunion Berlin”lə xal itirdi

Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilib. 

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Yunion Berlin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Erat bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Duysburq” geridə qalan turlarda topladığı 38 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right