İbrahimoviçdən Ronaldonun qoluna kinayəli reaksiya "Bacarırsa, 40 metrdən vursun"

ABŞ-ın "Los-Angeles Galaksy" klubunda çıxış edən Zlatan İbrahimoviç Kriştianu Ronaldunun Çempionlar Liqasının 1/4 final mərhələsində "Yuventus"a vurduğu aşırma qol haqqında fikirlərini söyləyib.

Newsport.az-ın məlumatına görə, isveçli hücumçu ESPN-in jurnalistinə açıqlamasında öz vurduğu qolu da xatırladıb. 

"Bu gözəl qol idi. Ronaldu 40 metrdən də belə qol vurmağa cəhd etsin", - o deyib.

Zlatan İbrahimoviç 2012-ci ildə İsveç və İngiltərə milli komandaları arasında keçirilən yoldaşlıq oyununda 40 metrdən aşırma zərbəsi ilə qol vurub. 

 

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right