İbrahimoviçdən möhtəşəm başlanğıc

Zlatan İbrahimoviç “Los-Anceles Qalaksi”də qol hesabını açıb.

Newsport.az-ın məlumatına görə, isveçli forvard debüt oyununda fərqlənməyi bacarıb. “Los-Anceles FK” ilə matçın 71-ci dəqiqəsində komandası hesabda 1:3 geri olarkən meydana daxil olan təcrübəli futbolçu 6 dəqiqə sonra təxminən 40 metr məsafədən əla zərbə ilə fərqi azaldıb. Oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə isə Zlatan qələbə topunu vurub.

Qeyd edək ki, oyun “Los-Anceles Qalaksi”nin 4:3 hesablı qalibiyyəti ilə başa çatıb.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right