"Azərbaycan millisi kifayət qədər güclü rəqibdir" Kriuşenko

Martın 23-də Azərbaycan, ayın 27-də isə Sloveniya yığması ilə yoxlama oyunları keçirəcək Belarus millisinin baş məşqçisi İqor Kriuşenko mətbuat konfransı keçirib.

Newsport.az xəbər verir ki, mütəxəssis konfrans zamanı millimizlə bağlı fikirlərini də bildirib:

“Azərbaycan millisi Millətlər Liqasında qrupdan çıxmaq üçün mübarizə aparacağımız rəqiblərlə eyni səviyyədədi. Rəqib texnikalı, sürətli, topa nəzarət etməyi bacaran komandadı”.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Belarus qarşılaşması saat 20:00-da başlayacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right